Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Çin xarici işlər naziri Van İ Pekində Kabil və İslamabad nümayəndə heyətləri ilə keçirilən görüşün nəticələri barədə verilən suallarına cavab verərkən bildirib.
“Pekində keçirilkən danışıqlar çərçivəsində Pakistan tərəfi Əfqanıstana ikitərəfli əlqələrin möhkəmlənməsi, ölkələr arasında həmrəyliyin gücləndirilməsi ilə bağlı mühüm plan təqdim etdi”, - deyə Van İ qeyd edib.
O Əfqanıstan və Pakistan xarici işlər nazirləri Səlahuddin Rəbbani və Xavaca Məhəmməd Asiflə birgə keçirilən mətbuat konfransında vurğulayıb ki, ikitərəfli işçi qrupların yaradılması üzrə proqram siyasət, iqtisadiyyat, milli müdafiə, kəşfiyyat və qaçqın problemlərinin həlli istiqamətində əlaqələrin inkişafına səbəb olacaq.
Ağalar Qəribov
Ordu.az