İrəvanda aclıq aksiyası: Keçmiş döyüşçülər qeyri-insani vəziyyətdədirlər

2017/12/default534534_1514284849.jpg
Oxunub: 383     18:37     26 Dekabr 2017    
“Sasna Tsrer” qruplaşmasının aclıq aksiyası keçirən 2 üzvü qeyri-insani şəraitdədir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Sasna Tsrer” qruplaşmasının tərəfdarları təcili bəyanat yayıblar.

Bəyanatda deyilir: “Nubaraşen cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Armen Bilyan və Smbat Barseğyan qeyri-insani şəraitdə saxlanılırlar. ”

Məlumata görə, keçmiş döyüşçüləri nəm, qızdırılmayan, soyuq kameralarda təcrid ediblər. Vəkillərin müraciətinə isə nə cəzaçəkmə müəssisələrindən, nə də idarədən cavab verməyiblər.

Xatırladaq ki, Armen Bilyan 8 gündür aclıq aksiyasını davam etdirir. Bilyan onu tibbi müayinədən keçirməyi və mülki xəstəxanada müalicə etməyi tələb edir. Çünki sinirləri ilə bağlı ciddi sağlamlıq problemləri var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sasna-Tsrer   Aclıq-aksiyası   Keçmiş-döyüşçülər  


Bizi "telegram"da izləyin