ABŞ və Çin Pxenyana dair kəşfiyyat məlumatlarını bölüşəcək

2017/12/456456_1514181837.jpeg
Oxunub: 414     13:58     25 Dekabr 2017    
ABŞ və Çin KXDR ətrafında vəziyyət və Pxenyana beynəlxalq sanksiyaların hansı formada təsir etməsinə dair mütəmadi olaraq kəşfiyyat məlumatlarını bir-biri ilə bölüşmək barədə razılığa gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi” qəzeti Amerika hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu razılaşma AŞB prezidenti Donald Tramp və Çin lideri Si Tsinpinin noyabr ayında Pekində keçirdikləri görüşdə əldə olunub.

Bildirilir ki, razılaşma iki ölkə arasında qaynar xəttin yaradılması ilə hərbi və kəşfiyyat məlumatlarının mübadiləsinin həyata keçirilməsi formasında realizə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Çin   KXDR   Kəşfiyyat  


Bizi "telegram"da izləyin