Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
Onun məlumatına görə, Suriya prezidenti Bəşər Əsədin istəyi ilə 2015-ci ilin sentyabrından etibarən Rusiya bu ölkədə terrorizmə qarşı vuruşmağa başlayıb.
O bildirib ki, Suriyada 2016-cı ilin sonuna qədər 71000 hava zərbəsi endirən Rusiya qüvvələri ən azı 35000 terrorçunu məhv edib.
“Əməliyyatların başlamasından bu vaxta qədər Rusiya qırıcıları 17000 uçuş həyata keçirərək, terrorçuların mövqelərinə 71000 hava zərbəsi endirib. Bu hücumlar nəticəsində onların 725 təlim kampı, 405 silah istehsalı fabrikləri, 1500 hərbi sursat, 35000 terrorçu, 204 sahə komandiri məhv edilib”, - deyə Şoyqu əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az