“Sahil zonasında terrorçularla mübarizə 2018-ci ildə də davam edəcək” - Makron

2017/12/4622604234234_1514015612.jpg
Oxunub: 339     15:51     23 Dekabr 2017    
“2018-ci ildə Afrikanın Sahil zonasında terrorçu qruplaşmalarla mübarizə üzrə cəhdləri davam etdiriləcək”.

Ordu.az “Agence France Presse” agentiyinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Düşmənlər üzərində yeni əhəmiyyətli qələbələr qazanmaq məqsədilə cəhdlər davam etdiriləcək”, - deyə fransız lider Nigerdə yüzlərlə fransız əsgər qarşısında çıxış edərkən bildirib.

Makron qeyd edib ki, Fransa üçün Sahildəki bu əməliyyat strateji əhəmiyyətə malikdir, belə ki, onun ölkəsinin təhlükəsizliyi burada həll olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Niger   Terror  


Bizi "telegram"da izləyin