Fərari erməni generala qarşı ittiham irəli sürülüb

2026/06/1780643188.jpg
Oxunub: 306     11:04     05 İyun 2026    
“General-leytenant Tiran Xaçatryana qarşı növbəti ittiham irəli sürülüb və bu, siyasi təqiblərin davamı kimi qiymətləndirilir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Varazdat Harutyunyan “Facebook” hesabında paylaşım edib.

Erməni vəkilin sözlərinə görə, Tiran Xaçatryan 2023-cü ilin sentyabr ayında küçəni bağlayan vətəndaşlara tərəf yüksək sürətlə hərəkət edən avtomobilə zərbə vurmaq yolu ilə xuliqanlıq etməkdə ittiham olunur.

Harutyunyan bildirib ki, bu iş üzrə uzun müddət ərzində heç bir istintaq hərəkəti aparılmayıb.

“2023-cü ildə başlanmış cinayət işi üzrə üç il ərzində faktiki olaraq heç bir əməliyyat-istintaq tədbiri həyata keçirilməyib. Buna baxmayaraq, bir neçə gün əvvəl tələsik şəkildə ittiham irəli sürülməsi, ibtidai istintaqın başa çatdırılması və işin ittiham aktı ilə birlikdə məhkəməyə göndərilməsi barədə qərar qəbul edilib”, - deyə erməni vəkil qeyd edib.

O, baş verənləri siyasi motivli təzyiq nümunəsi kimi qiymətləndirib və Xaçatryana qarşı aparılan prosesin hüquqi deyil, siyasi xarakter daşıdığına işarə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaçatryan  


Bizi "telegram"da izləyin