BMT TŞ KXDR-ə qarşı yeni sanksiyalar qəbul etdi

2017/12/4622614345345_1514008375.jpg
Oxunub: 407     13:51     23 Dekabr 2017    
BMT Təhlükəsizlik Şurası yeni il tətilinə yollanmazdan öncəki sonuncu iclasında noyabrın 29-da növbəti raket sınaqları keçirdiyinə görə, KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsi barədə ABŞ-ın təklif etdiyi qətnaməni yekdilliklə qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qətnamə cari il ərzində KXDR-ə qarşı qəbul edilən 4-cü qətnamə olub.

Bu qətnamənin qəbul edilməsinə qədər 2017-ci ildə Təhlükəsizlik Şurası üç dəfə Pxenyan rejiminə qarşı sanksiyalar qəbul edib.

Yeni qəbul olunan qətnamə ilə Təhlükəsizlik Şurası neft və neft məhsullarının satışına dair məhdudlaşdırmaları sərtləşdirib.

2397 nömrəsi alan yeni qətnamə həmçinin KXDR-in müxtəlif ölkələrdəki vətəndaşlarının onların olduqları ölkənin ərazisindən dərhal çıxarılmasını tələb edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   KXDR   Sanksiya  


Bizi "telegram"da izləyin