NI: ABŞ və KXDR müharibəyə hazırlaşarkən, Rusiya...

2017/12/218541_1513961212.jpg
Oxunub: 365     00:56     23 Dekabr 2017    
Bu gün Primorsk diyarında növbəti S-400 zenit raket kompleksi döyüş növbətçiliyinə daxil olub və bu ZRK-lar 600 kilimetrdən uzaqda yerləşən hədəfləri zərərsizləşdirməyə imkan verir ki, bu isə digər dövlətlərin havada müdafiə vasitələrinin effektivliyini bir neçə dəfə üstələyir.

Ordu.az xəbər verir ki, “The National Interest” jurnalı bunu ABŞ və KXDR-in müharibə yaratmağa cəhd edərkən Rusiyanın Uzaq Şərq sərhədlərini möhkəmləndirilməsində atdığı yetərincə məntiqli qərar verdiyini hesab edir.

Qeyd edilir ki, Yaxın Şərqdə qüvvələrin möhkəmləndirilməsindən söhbət getmir – sadəcə S-300 komplekslərini onların daha təkmil sələfləri əvəzləyir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Primorsk diyarında yerləşdirilən S-400 bütövlükdə Vladivosatok, Primorsk diyası, Zeleneqorsk və Leninqrad vilayətini “qanadı altına” alacaq.

Əlavə məlumat üçün qeyd edək ki, S-400 ZRK-ları Rusiyada silahlanmaya 2007-ci ildə qəbul edilib. Zərurət yaranarsa, bu ZRK-lar rəqibin aviasiyasını, qanadlı və ballistik raketlərini, həmçinin yerüstü obyektlərini məhv etməyə qadirdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR   Rusiya   S-400  


Bizi "telegram"da izləyin