Paşinyan 2031-ci ilə qədər Aİ ilə viza rejiminin liberallaşdırılmasına nail olmağı hədəfləyir

2026/06/1780599786.jpg
Oxunub: 144     23:07     04 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 2031-ci ilə qədər Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılmasına nail olmağı qarşısına məqsəd qoyub.

Ordu.az xəbər verir ki, bu barədə Paşinyan Ermənistan İctimai Televiziyasında keçirilən seçki debatları zamanı danışıb.

O qeyd edib ki, 2031-ci ilə qədər Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası da əsas hədəflərdən biridir.

“Hakimiyyət həmçinin şimal və cənub istiqamətlərində dəmir yolu əlaqələrinin açılmasını, sərhədlərin tam şəkildə açılmasını, Ermənistan ərazisindən neft kəmərlərinin, qaz kəmərlərinin və elektrik ötürücü xətlərinin çəkilməsini planlaşdırır”, - deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi həmin dövrə qədər həyata keçirilməsi nəzərdə tutulan əsas siyasi məqsədlərdən biridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan    


Bizi "telegram"da izləyin