Erməni tələbədən sərt çıxış: "Bizi nəzarətlə idarə edə bilməyəcəklərini sübut etdik"

2017/12/timthumb-2786456456_1513947843.jpg
Oxunub: 420     21:01     22 Dekabr 2017    
Ermənmistanda hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsinə etiraz edən “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan aclıq aksiyasına davam edir.

Ordu.az xəbər verir ki, David Torosyan erməni mətbuatına bildirib ki, gecə normal keçib və onun tələbə yoldaşı Yura Avagyan səhhətinə görə aclıq aksiyasını dayandırıb.

İndiyədək hakimiyyət orqanlarından heç kim onun tələblərinə cavab verməyib. Müəllim və tələbə yoldaşlarının aclıq aksiyasını dayandırmağı tövsiyyə etdiklərini deyən Davit Torosyan, indi növbəti atılacaq addımları müzakirə etdiklərini, hələki qəti qərar vermədyini qeyd edib.

"Biz əsas addımı ataraq, sübut etdik ki, hakimiyyət elm üçün narahatçılıq keçirmir. Həmçinin tələbələrin müstəqil olduğunu, bizi nəzarətlə idarə edə bilməyəcəklərini sübut etdik. Çox ehtimal ki, bü gün aclıq aksiyası davam edəcək".

Xatıqladaq ki, dekabrın 18-də “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvləri mübarizə aparmağı bərpa ediblər. Onlar iddia edir ki, hakimiyyət nümayəndələri ilə 1 aydır davam edən danışıqlar səmərəsiz keçib. Onların təklifləri qəbul edilməyib. Tələbələr təslim olmamağa və onların tələbləri ilə hesablaşanadək sərt addımlar atmağa qərar veriblər. Təşəbbüs qrupunun iki üzvü David Petrosyan və Yura Avaqyan fizika fakultəsinin otaqlarından birində, bağlı qapı arxasında müddətsiz aclıq aksiyasına başladıqlarını bildirsələr də, sonradan onlardan biri Yura Avagyan səhhətinə görə aclıq aksiyasını dayandırmalı olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Hərbi-xidmət   Tələbə   Etiraz  


Bizi "telegram"da izləyin