"Ermənistan cəmiyyəti illərlə, kölgə iqtisadiyyatının olduğu və burada dövr edən pullardan orduya yardım edilməsi mifologiyası ilə daim aldadılıb. Aprel döyüşləri bu iddiaların mifologiya olduğunu göstərdi".
Ordu.az iqtisadçı Artak Manukyanın Ermənistan ordusu və cəmiyyəti daxilində kök salmış korrupsiya faktlarına dair mülahizələrini təqdim edir.
Ermənistan müdafiə sahəsindəki korrupsiyaya görə çox yüksək qiymət ödəyir. 2016-cı ilin aprel ayında aparılan döyüşlər zamanı ordunun silahsızlaşdırılması və texniki çatışmazlığı nəticəsində hektarlarla ərazi itkisi qeydə alınıb. Yüzlərlə hərbçi və mülki şəxlər həlak olub və yaralandılar. Əgər korrupsiya Ermənistan hökümətində bu dərinlikdə kök salmasaydı, insan taleləri bu miqyasda məhv olmazdı.
Yüksək hakimiyyət himayəsindən faydalanaraq oliqarxların fəaliyyəti birbaşa ölkənin müdafiə qabiliyyətini zəiflədir. Sxem aydındır. Dövlət vəzifəsi tutan məmurlar büdcə vəsaitlərini mənimsəyərək əlçatmaz zənginlik toplayırlar.
Korrupsiyanın digər tərəfində kölgə itisadiyyatı sahəsində biznes fəaliyyəti quran oliqarxlardır. Onlar vergiləri tam ödəmir, bu yolla külli miqdarda maddi vəsait mənimsəyirlər. Hətta ödənilməyən vergilər hesabına dövlətin müdafiə qabiliyyətini artırmaq və silah-sursat ehtiyatını komplektləşdirmək olardı.
Ermənistan cəmiyyəti illərlə, kölgə iqtisadiyyatının olduğu və burada dövr edən pullardan orduya yardım edilməsi mifologiyası ilə daim aldadılıb. Aprel döyüşləri bu iddiaların mifologiya olduğunu göstərdi. Əgər kölgə iqtisadiyyatını qanuni sahəyə cəlb etsək, Ermənistanın ÜDM-si 10,5 milyard dollar yox, X vahidi ilə daha çox olar, bununda sayəsində müdafiə sahəsinə ayırmalar daha böyük olardı.
Dövlətdən vergi gizlədilməsi Ermənistanın müdafiə qabiliyyətinə təhlükə olan korrupsiya mexanizminin bir qoludur. Dövlət marağına ordu ehtiyacları üçün aparılan satınalmalardakı mənimsəmələr təhlükə yaradır. Faktiki olaarq, hökumət tərəfindən tətbiq edilən korrupsiyaya qarşı addımlar qismən aparılır və nəzərə çarpan nəticələrə gətirib çıxarmayacaq.
Ermənistan SQ BQR-nin müavini Haykaz Bağmanyanın istefasını bəzi ekspertlər orduda korrupsiyaya qarşı mübarizə kimi qiymətləndirdilər. mən isə bunun əksini düşünürəm. Qalmaqallı generalın ordudan uzaqlaşdırılması həm də cinayət məsuliyyətinə cəlbetmə kimi qiymətləndirilməli idi.
Yalnız vəzifədən azad etməklə kifayətlənmək lazım deyil. Haykaz Bağmanyanın öz funksional vəzifə borclarını nə üçün icra etmədiyinə baxmaq lazımdır. Əgər varlanma yolu seçibsə bu necə baş verib? Əgər bunu araşdırmırıqsa demək korrupsiya faktını gizlədirik. Korrupsiya ilə mübarizə mənimsənilən məbləğin geri büdcəyə qaytarılması deməkdir. Bizdə isə bu təcrübə az rast olunan haldır.
Ordunun ehtiyacları üçün satınalmalarda korrupsiya halları
Xüsusilə 2016-cı ilin aprel müharibəsindən sonra orduda korrupsiyanın yolverilməz olduğu məsələsi gündəlikdə idi. Ermənistanın yüksək hərbi qulluqçularının tərkibində dəyişikliklər oldu. Deyilənlərə görə, generalların istefası ordudakı mənimsəmələrin nəticəsi idi. Bu mənimsələr səbəbindən döyüş meydanında ağır itkilərə məruz qaldıq.
Qeyd etmək lazımdır ki, onlardan çoxuna qarşı cinayət işi qaldırılmadı. Ordudakı mənimsəmə faktı əsasən satınalmalar sahəsində baş verir. Dövlət satınalmaları sahəsində korrupsiya hallarının aşkarlanması alətlərini genişləndirmək əvəzinə dövlət yeni maneələr yaradır. O cümlədən, maliyyə nazirliyinin dövlət satınalmalar rəsmi internet səhifəsinə (qnumner.am) bağlı məxfi razılaşmaların izlənilməsi məhdudlaşdırılıb. “Razılaşmaların bazasını genişləndirmək əvəzinə onları ümumiyyətlə səhifədən çıxarıblar. Bu o deməkdir ki, ən azı bu sahədə şəffaflıqda problem var. Razılaşmalar əlçatmaz olanadək bəzi korrupsiya risklərini aşkar etməyə nail oldum.
Məsələn, dövlət və ya xidməti məxfilik daşıyan razılaşmaların siyahısının araşdırılması nəticəsində universal xidmətlər göstərən təşkilatlar müəyyən edilib. Bir şirkət həm inşaat təşkil edir, həm silah istehsal edir, həm də çörək təmin edir. Satınalmalarda qalib təşkilatların çox sahəli olmasını süni yemlənmiş olması və ya onların vasitəçi təşkilat olduğunu ortaya çıxarır. Universal şirkətlərin mövcudluğu qiymət dəyər qarşılığında prinsiplərin qorunmadığı ehtimalını artırır.
Bu cür xidmətlər göstərən 11 təşkilat mövcuddur. Özü öz adı ilə müqavilə bağladığı, yəni müqavilə bağlayan tərəflərin eyni adam olduğu hallar aşkar edilib. Bu xəbərdarlıq mexanizmidir ki, ciddi araşdırma aparılmalıdır və ehtimal olunan korrupsiyanın səviyyəsi aydınlaşdırılmalıdır. Başqa bir amil haqqında bildirim ki, 5 dənə 0-la bitən razılaşmalar o deməkdir ki, bu rəqəm böyük hesabla yazılıb.

Altında yazılır ki, 1 2 3... milyon vəssalam. Ordunun ehtiyacları üçün satınalmalarda qalib olan bəzi təşkilatlar hüquqi şəxslərin dövlət reyestrinin elektron e-register.am sistemində qeydiyyatdan keçməyib. Səbəblərdən biri onların Qarabağda qeydiyyatda olmasıdır. Ermənistan və Qarabağ rejimi (qondarma qurum-red.) register sistemlərini uyğunlaşdırmayıblar. Buna görə də təşkilatın yaranması hüquqi sahibi və fəaliyyəti haqqında ətraflı məlumat əldə etməyə imkan verilmir.
Satınalmalar sahəsinin nizamlanmasın dair dövlət bəzən cəhdlər edir, ancaq bu gecikmələrlə baş verir. Məsələn, dövlət ehtiyacları üçün satınalmalarda iştirak etmiş və imtiyazlar nəticəsində 10 ildir qalib olan X təşkilatı bazardan rəqiblərini sıxışdırıb çıxardır. Bir gün hakimiyyət hamı üçün bərabər qaydalar təyin etmək istədikdə məlum olur ki, iş işdən (yemlənmiş təşkilat artıq öz rəqibini əzmiş olur bərabər qaydalar olduqda belə üstün mövqe tutur) keçib.
Şəffalığın çatışmamazlığı
Müdafiə Nazirliyi cəmiyyəti hərbi qulluqçuların ehtiyaclarının bütünlüklə qarşılandığına inandırmaq fürsətini əldən vermir. İndiyədək heç kəs hərbi qulluqçuların çoxlarının geyim və ərzaqı ailələrindən aldığını inkar edə bilməz. Bu fakt açıq şəkildə hərbi qulluqçuların ehtiyaclarının ödənilməsinə yönəlmiş dövlət vəsaitlərinin səmərəli xərclənmədiyini sübut edir. Korrupsiyanı qeyri-kafi şəffaflıq ucbatından aşkar etmək mümkün olmur.
Kağız üzərində nə qədər geyim əldə edildiyi görünür, ancaq bu geyim tam şəkildə yoxsa yarısının alındığını müəyyən etmək mümkün deyil. Hərbi qulluqçu üçün alınmış döymək və ya gigiyena ləvazimatlarının hərbi hissənin anbarına çatıb çatmadığını və doğrudan da hərbi qulluqçulara vaxtında paylanıb paylanılmamasını aşkar etmısi mümkün deyil. Həssas informasiya ilə qarşılaşıblar, lakin ən azı hesabat baxımından ixtisaslaşmış ictimai təşkilatları dərin araşdırmalar keçirməsinə icazə verilməsi doğru olardı.
Bəyannamə insitutu natamamdır. Hazırda bəyannamə təqdim edən dövlət məmurlarının sayı 500-dən 10000 nəfərə çatdırılıb. Onların tərkibində prokurorlar, müstəntiqlər yüksək vəzifəli hərbi qulluqçular və s vardır. Belə güman edilirdi ki, bu dəyişiklik vəzifəli şəxslər arasında korrupsiya hallarını məhdudlaşdıracaq. Lakin bəyannamə təqdim edənlərin sayının genişlənməsi məmurların gəlirlərinin qanuniliyinə tam qərar vermək üçün kifayət deyil.
Belə ki, məmur 2 milyard dollar haqqında bəyannamə təqdim etdikdə o, bu yolla öz vəsaitini qanuniləşdirir. Dövlət bununla öz işini bitmiş hesab edir. Dövlət məmurun bu pulları ədalətsizliklə topladığını yoxsa təmiz pullar olduğunu araşdırmağa cəhd etmir. Dövlət ciddi araşdırmalar aparmalı və qanunsuz zənginləşmənin cinayət qanunu geriyə qüvvəsi olmalıdır. Qanunun bu düzəlişi yüksək rəhbərlik arasında korrupsiyanın həqiqi həcmini müəyyən etməyə mane olur.
Əmanətçi yoxsa kreditor?
Bəzi məmurlar borc adı altında kreditor fəaliyyəti ilə məşğul olublar. Ancaq korrupsiyanın bu halları hüquq mühafizə orqanlarının nəzarətindən kənar qalır. Məlum olduğu kimi Ermənistan qanunvericiliyi borc verilən məbləğin faizinin 24 faizi keçdiyi halda bu fəaliyyətlə məşğul olmağı qadanğan edir. Məmurların çoxu qanunun bu tələbinə əməl etmir.
Elə məmurlar var ki, il ərzində faizə verdiyi 100 min dollardan 300 min dollar gəlir əldə edib. Hüquq mühafizə orqanları başa düşməlidirlər ki, doğrudanmı bu adam faiz verməklə məşğul deyil
Orduda korrupsiyaya qarşı mübarizəyə təşviq edilmir
Əgər Ermənistanda qanunun aliliyi təmin edilərsə korrupsiyaya qarşı mübarizə səmərəli ola bilər. Hətta kiçik cinayət törətmiş məmurlar ciddi cəzalandırılmalıdırlar. Ona görə ki, bu vəzifədə onları əvəz edən sui-istifadə yollarına yol verdiyi halda hansı cəzaya məhkum ediləcəyini təsəvvür edə bilsin. Əgər korrupsioner məmur 10 il əvəzinə 3 il azadlıqdan məhrum edilməyə məhkum edilirsə, bu halda yumşaldıcı məqamlar tətbiq olunur. Bu o deməkdir ki, dövlət qanunun cazibədarlığını və ya cəzanı təşviq etmir. Nəticədə korrupsiyaya qarşı mübarizədə sistematik həll görmürük.
Almaniyadan fərqli olaraq ermənistanlı məmurlar özlərinin xərclərini tam bəyan etmirlər. Elə təsəvvür yaranır ki , bir görünməz əl məmurların gəlirlərini sabit qoruyub saxlayır. Belə çıxır ki, bəyannamələrdə dövlət məmurlarının gəlirləri əmək haqqları həcmində artım nümayiş etdirir. Bu halda sual yaranır ki, bu məbləğdən necə olur ki , xərclər edilmir. Sanki bir görünməz əl var və bu əl daim onların xərclərini ödəyir. Bu absurddur.
Alpər Mövludoğlu
Ordu.az