Ordu.az erməni KİV-ləərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Yelk” fraksiyasından olan deputatı Sasun Mikayelyan, bu günlərdə Serj Sarkisyanın orduda struktur dəyişikliklərinin aparılması və diversiyaların həyata keçirilməsi imkanlarının azaldığına dair açıqlamasını şərh edərkən bildirib.
Bununla da, Mikayelyan Ermənistan ordusunun cəbhə xəttində təxribatları daim icra etməsinin vacibliyini dilə gətirib və Sarkisyanın bir neçə gün öncə verdiyi yayındırıcı açıqlamanı yalanlayıb.
Sasun Mikayelyan silahlı dəstənin işi üzrə Seyran Ohanyanın və Vahan Şirixanyanın qalmaqallı səs yazısına da toxunaraq, Seyran Ohanyanın silahlı dəstə ilə əlaqəsini istisna edib.
“Seyran Ohanyanla çox şeylərlə bağlıyıq, o, silahlı dəstə içərisində ola bilməz”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az