Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
Trampın sözlərinə görə, o, NATO-ya səfəri zamanı açıq şəkildə alyans ölkələrinin pul ödəməli olduqlarını bildirib. Əks təqdirdə, onların bu təşkilatda heç bir işi yoxdur.
“Mən onlara bildirdim ki, əgər ödəməsəniz, burada olmayacaqsınız. Buna görə, mətbuat məni tənqid etdi, onlar bəyan etdilər ki, Donald Tramp bizim müttəfiqlərimizlə kobud davranır. Amma ödəmirlərsə, bizimlə kobud davranan onlardır! Məsələn, bizim iştiraka görə ödəməyən bir ölkəmiz var, sonra isə o ölkə kimlə gəldi, məsələn Rusiya ilə ədavətə başlayır. Ölkə ödəmir, sonra aqressiv davranır və biz hətta ödəməyən bir ölkəyə görə, Üçüncü Dünya müharibəsinə daxil oluruq”, - deyə Tramp bildirib.
Ağalar Qəribov
Ordu.az