SQQ Həmada strateji mövqeləri ələ keçirdi

2017/12/IMG-20171208-WA0005_1512753636.jpg
Oxunub: 439     01:21     09 Dekabr 2017    
Suriya ordusu Həmanın şimal-şərqində "Ən-Nüsrə Cəbhəsi" terrorçularına ağır zərbə endirib.

Ordu.az “Farsnews” xəbər agentliyinə istinadən xəbər verir ki, döyüşlər nəticəsində ordu İdlib vilayətində irəliləyə bilib.

Hökumət qoşunları əl-Rəhcan və Um Maya kəndlərini birləşdirən yol boyunca Nüsrə terrorçuları ilə ağır döyüşlər keçirib. Çoxlu sayda terrorçunun öldürülməsindən sonra əl-Rəhcana yaxın bir neçə yüksəkliyə nəzarət ələ keçirilib.

Hal-hazırda ordunun artilleriya qüvvələri terrorçuların mövqelərinə hücumlarını davam etdirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Ən-Nüsra-Cəbhəsi  


Bizi "telegram"da izləyin