Ordu.az “Gulfnews” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə əməliyyatlara rəhbərlik edən komandir, leytenant Əbdül-əmir Yarallah bildirib.
“Ordu gücləri və xalq cəbhəsi Neynəvə və Anbar vilayətlərini terrorçulardan təmizləmək məqsədilə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Əməliyyatların ilk mərhələsi Suriya sərhədi yaxınlığındakı Rəva və əl-Qayim şəhərlərinin azad edilməsi ilə nəticələnib”, - deyə iraqlı komandir bildirib.
Ordu.az