Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, təyyarə 7 min 500 metrdən daha yüksəkdə uçaraq davamlı şəkildə Krıma yaxınlaşıb.
Güman edilir ki, Sicilyada yerləşən Siqonella aviabasazında havaya qalxan bu patrul təyyarəsi daha öncə də Rusiya ərazilərində də kəşfiyyat aparıb.
Ura.ru saytı qeyd edir ki, 168998 göyərtə nömrəli P-8A “Poseidon” iki həftə öncə Qara dəniz akvatoriyasında Rusiyanın Su-30 qırıcısı tərəfindən aşkarlanan həmin təyyarədir.
Ağalar Qəribov
Ordu.az