Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ idarəsinin rəhbəri, general-polkovnik Sergey Rudskoy bəyan edib.
“Dünən general Həsən Suhelin komandanlığı altında Suriya hökumət qüvvələri Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə əhəmiyyətli irəliləyiş baş tutub və 11 kilometr məsafədə Fəratın qərb sahili boyunca irəliləyib”, - deyə Rudskoy qeyd edib.
O bildirib ki, hücum nəticəsində əl-Qatya, əl-Müsəllaha, ər-Ramadi və əl-Həsrət yaşayış məntəqələrində Suriya ordusu nəzarəti bərpa edib.
Ordu.az