“S-400 zenit raket komplekslərinin Türkiyəyə təhvil verilməsi ilə bağlı məsələ kreditlə bağlı məsələlər aradan qaldırıldıqdan sonra həll ediləcək”.
Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “RosTex” şirkətinin rəhbəri Sergey Çemezov bəyan edib.
“Yəqin ki, prespektivlər var. Hazırda söhbət kreditdən gedir. Kreditlə bağlı məsələ həll edilən kimi. Maliyyə Nazirliyi (Rusiya-red.) Türkiyə Maliyyə Nazirliyi ilə danışıqlar aparır”, - deyə Çemezov bildirib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Türkiyə
S-400