Türkiyədə yaşayış evinin yaxınlığına düşən naməlum PUA yanıb

2026/06/1782281260.jpg
Oxunub: 259     10:08     24 İyun 2026    
Türkiyənin Kastamonu vilayətində yaşayış evinin yaxınlığına düşən naməlum Pilotsuz Uçuş Aparatı (PUA) yanaraq məhv olub.

Ordu.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Cidə rayonunun Kuşkayası kəndində baş verib. PUA yaşayış evinin yaxınlığındakı fındıq bağçasına düşüb.

Bildirilir ki, aparat yerə çırpıldıqdan sonra alovlanıb və qalıqları ətrafa səpələnib.

Yerli sakinlərdən biri güclü partlayış səsi eşitdiyini və evindən təxminən 10 metr məsafədə PUA qalıqları aşkar etdiyini bildirib.

İlkin qiymətləndirmələrə görə, aparatın çəkisi 200 kiloqramdan artıq ola bilər.

Hadisə yerinə gələn jandarma əməkdaşları ərazini mühasirəyə alaraq araşdırmalara başlayıblar.

Hazırda pilotsuz uçuş aparatının mənşəyi və hansı tərəfə məxsus olduğu müəyyənləşdirilir.

Məlumata görə, ehtimal olunan Ukrayna kamikadze tipli PUA-sına aid daha bir qalıq Samsun vilayətində aşkarlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA   Qəza  


Bizi "telegram"da izləyin