Ordu.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti “Euroscope” nəşrinin sorğusuna cavab olaraq məlumat verib.
Mətbuat xidmətinin açıqlamasında bildirilib ki, Avropa Parlamenti dəfələrlə Gürcüstan parlamentinin legitimliyini, eləcə də onun təyin etdiyi prezidentin legitimliyini tanımadığını bəyan edib.
Qeyd olunub ki, Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətləri “Gürcü Arzusu” hakimiyyəti ilə siyasi təmasları yalnız zəruri məsələlərlə məhdudlaşdırmağa çağırıb.
Bununla yanaşı, Gürcüstanın vətəndaş cəmiyyəti, müstəqil media qurumları və akademik institutları ilə əməkdaşlığın qorunması və gücləndirilməsinin vacibliyi vurğulanıb.
“Avropa Parlamenti Avropa yönümlü və demokratik Gürcüstan uğrunda mübarizəni davam etdirən gürcü xalqı ilə tam həmrəy olduğunu bildirir”, - deyə açıqlamada qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az