Fərid Şəfiyev: "Azərbaycanın iqtisadi potensialı artıq regiondan kənarda da özünü göstərir"

2026/05/Ekran-1779375701.jpg
Oxunub: 165     10:13     24 İyun 2026    
Azərbaycanın iqtisadi potensialı artıq Cənubi Qafqazdan kənarda da özünü göstərir.

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun təşkilatçılığı ilə keçirilən "Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak" adlı konfransda açılış nitqi zamanı deyib.

Onun sözlərinə görə, orta güc konsepsiyası bir neçə elementi özündə birləşdirir ki, bunlardan başlıcası hərbi güc, iqtisadi potensial və digər faktorlardır:

"Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan nəinki ölkədaxili layihələr həyata keçirir, hətta regionətrafı, Şərqi və Cənubi Avropada, Yaxın Şərqdə, Orta Asiyada müxtəlif layihələr həyata keçirir. Yəni Azərbaycanın iqtisadi potensialı Cənubi Qafqazdan kənarda özünü göstərir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərid-Şəfiyev   Azərbaycan  


Bizi "telegram"da izləyin