Polşa 155 mm-lik M107 artilleriya mərmilərinin istehsalı üçün zavod tikəcək

2026/06/Ekran-1782278201.jpg
Oxunub: 203     09:16     24 İyun 2026    
Polşada 155 mm-lik M107 artilleriya mərmilərinin istehsalı üçün yeni zavod inşa ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Defence24” nəşri məlumat yayıb.

Məlumata görə, qərar “Prime Alternatywną Spółka Inwestycyjną”, “Grupa Kapitałowa Valeza” və “Armaments Munition Company Global Group” (AMC) arasında investisiya və səhmdarlar sazişlərinin imzalanmasından sonra açıqlanıb.

Əməkdaşlıq nəticəsində “AMC Polish Arsenal” adlı birgə müəssisə yaradılacaq.

Yeni müdafiə sənayesi müəssisəsi Şventokşiske voyevodalığının Slupya Konska kommunasında tikiləcək. Layihə “The Stables” adını daşıyır. Zavod tam fəaliyyətə başladıqdan sonra ildə 160 minədək M107 artilleriya mərmisi istehsal etmək imkanına malik olacaq.

Bildirilib ki, “Armaments Munition Company Global Group” layihənin sənaye və texnoloji proseslərinə cavabdeh olacaq. Şirkət son bir il ərzində təchizatçılar şəbəkəsini genişləndirib və potensial müştərilərlə əlaqələr qurub.

Şirkət artıq ümumi sahəsi 12 hektardan çox olan torpaq sahələrinin alınmasını təmin edib. “Grupa Kapitałowa Valeza” isə beynəlxalq əlaqələrin inkişafı, satış sisteminin təşkili və ümumi biznes dəstəyinə cavabdeh olacaq.

Müdafiə layihəsinin maliyyələşdirilməsi məqsədilə “Prime ASI” eyni zamanda dəyəri 25 milyon zlotiyə, yəni təxminən 5,8 milyon avroya qədər olan özəl səhmlərin yerləşdirilməsini həyata keçirir.

Toplanan vəsaitin əhəmiyyətli hissəsinin yeni yaradılan “AMC Polish Arsenal” şirkətinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   M107  


Bizi "telegram"da izləyin