Ordu.az xəbər verir ki, bu barədə “FlyFocus” şirkətinin baş icraçı direktoru İqor Skavinski və əməliyyat direktoru Albert Svierçinski “Kanał Telewizyjny” kanalına müsahibələrində məlumat veriblər.
Şirkət nümayəndələrinin sözlərinə görə, PUA Kiyev yaxınlığındakı poliqonda sınaqdan keçirilib və Ukrayna operatorlarından müsbət rəy alıb.
“Striker” “Deep Strike” sinfinə məxsus PUA-dır. Maksimal uçuş çəkisi 140 kiloqram olan platforma kiçik pistonlu və ya alternativ olaraq reaktiv mühərriklə təchiz edilir.
PUA 40 və ya 60 kiloqramlıq döyüş başlığı daşıya bilir. Döyüş başlıqları yüksək partlayıcı-qəlpəli və ya termobarik variantlarda təqdim olunur.
40 kiloqramlıq döyüş başlığı ilə “Striker”in uçuş məsafəsi 1000 kilometrə çatır. Porşenli mühərriklə təchiz edilmiş versiyanın sürəti saatda 90-180 kilometr təşkil edir.
Reaktiv mühərrikli versiya isə saatda 325 kilometrədək sürət yığa bilir. Şirkət bildirib ki, məhsulların bütün texniki göstəriciləri real sınaqlarla təsdiqlənib.
Hədəfin müəyyənləşdirilməsi əvvəlcədən daxil edilmiş koordinatlar və ya peyk məlumat ötürmə kanalı ilə işləyən özünütuşlayan video başlıq vasitəsilə həyata keçirilə bilər.
Məlumata görə, PUA ilə əlaqə şifrələnmiş rabitə kanalları üzərindən qurulur və “Striker” pnevmatik buraxılış qurğusundan havaya qaldırılır. Qeyd olunur ki, platformadan kəşfiyyat məqsədilə və ya hava hədəfi kimi də istifadə etmək mümkündür.
“FlyFocus” şirkəti bu il həmçinin xüsusi təyinatlı qüvvələrin dəstəyi üçün nəzərdə tutulmuş KURIER adlı pilotsuz helikopterini də təqdim edib.
Sevinc Əliyeva
Ordu.az