Ordu.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin üzvü, QAİ Hüquq Komissiyasının sədri Zahid Cəfərov "Qərbi Azərbaycana qayıdış: Tarixi ədalətin bərpası və insan hüquqları" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın bu siyasət milli zəmində və müəyyən bir xalqı məhv etmək niyyəti üzərində qurulmuşdu:
"Soyqırımı anlayışı geniş məzmuna malikdir və özündə həm mənəvi, həm də fiziki məhv etməni ehtiva edir. Burada xüsusilə nəzərə almaq lazımdır ki, mənəvi məhv etmə bir çox hallarda fiziki məhv etmədən daha təhlükəli nəticələrə səbəb ola bilər. Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi bu siyasət də müxtəlif dövrlərdə məhz milli zəmində aparılıb. Bu səbəbdən, Qərbi Azərbaycana qayıdış bizim həm hüququmuz, həm də mənəvi haqqımızdır. Biz Qərbi Azərbaycana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağıq".
Ordu.az