Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” məlumat yayıb.
“Frans Press” agentliyinin mənbəsinin bildirdiyinə görə, qrup iyunun 18-də İsrailin cənubunda yerləşən Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) qərargahına çatıb.
“Sülh Şurası”nın nümayəndəsi “X” sosial şəbəkəsində paylaşım edərək onların iştirakının “Qəzza xalqına dəstək göstərmək istiqamətində beynəlxalq səyləri gücləndirdiyini” bildirib.
Digər bir rəsminin sözlərinə görə, İsrailə dörd mərakeşli zabit gəlib. Lakin missiya çərçivəsində əlavə hərbçilərin də olub-olmadığı açıqlanmayıb.
Məlumata görə, mərakeşli hərbçilər gələcək beynəlxalq qüvvələrin strukturunun hazırlanmasında iştirak edəcək və polis fəaliyyəti də daxil olmaqla bir sıra sahələrdə ekspert dəstəyi göstərəcəklər.
Mərakeş fevral ayında Qəzzaya polis əməkdaşları və hərbçilər göndərmək niyyətini açıqlamışdı. Bununla da ölkə belə missiyada iştirak etmək niyyətini açıq şəkildə bəyan edən ilk ərəb dövləti olmuşdu.
Qeyd olunur ki, Vaşinqton yanvar ayının ortalarında Trampın Qəzza planının müharibənin dayandırılmasına yönəlmiş ikinci mərhələsini təqdim edib. Lakin proqramın icrasında hələ də ciddi irəliləyiş əldə olunmayıb.
Sevinc Əliyeva
Ordu.az