Numan Kurtulmuş: "Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır"

2025/10/1760344912.jpg
Oxunub: 180     11:17     24 İyun 2026    
Türkiyə İran və ABŞ arasındakı danışıqların müsbət nəticələnməsini alqışlayır.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasındakı çıxışında deyib.

O, İran-ABŞ anlaşmasının tələblərinə tam şəkildə əməl olunacağına ümid etdiyini vurğulayıb:

"Ümid edirik ki, aparılan danışıqlar müsbət nəticə verəcək və bölgədə əsl sülh mühiti təmin ediləcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Numan-Kurtulmuş   Türkiyə   İran   ABŞ  


Bizi "telegram"da izləyin