TBMM sədri: "Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını yüksək qiymətləndiririk"

2024/02/65db2-1708865745.jpg
Oxunub: 176     11:21     24 İyun 2026    
Rəsmi Ankara Azərbaycanla Ermənistan arasında aparılan və mühüm irəliləyiş əldə olunan sülh danışıqlarını yüksək qiymətləndirir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda gedən sülh prosesini sonadək dəstəkləyir:

"Ümid edirəm ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında davamlı və səmimi bir sülh bərqərar olacaq. Qiyamətədək bu torpaqlar, Qafqaz sülhün, əmin-amanlığın və sabitliyin hökm sürdüyü bir bölgə kimi formalaşacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Numan-Kurtulmuş   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin