Kremldən Tbilisiyə saziş tələbi: Rusiya Gürcüstanı qondarma “Abxaziya” ilə masaya oturmağa necə məcbur edir?

2026/06/1782242664.jpg
Oxunub: 222     23:29     23 İyun 2026    
Qondarma “Cənubi Osetiyanın prezidenti” Alan Qaqloyev Vladimir Putinin təklifini qəbul edib və iyunun 23-də Rusiya Prezidenti yanında müşavir vəzifəsinə təyin olunub. Bu barədə Qaqloyev şəxsən özü açıqlama verib.

O, mayın 9-da Moskvada özü ilə Putinin imzaladığı “Dərinləşdirilmiş inteqrasiya haqqında” sazişin “Cənubi və Şimali Osetiyanın birləşməsi” üçün imkan yaratdığına əminliyini ifadə edib. Qaqloyev faktiki olaraq Osetiyanın Rusiya tərkibində birləşdirilməsini anons edib. Onun sözlərinə görə, bu, “qəhrəman əcdadlarının arzusunda olduğu” bir məqsəddir.

Məlum olduğu qədərilə, Cənubi Osetiyada “prezident seçkiləri” keçirilməyəcək və bu vəzifələri “hökumət sədri” Marat Kambolov yerinə yetirəcək.

Rusiya tərkibində “vahid Osetiya”nın yaradılması 2024-cü il parlament seçkilərində uğur qazanmış “Gürcü Arzusu” partiyasına ciddi zərbədir. Partiya seçki kampaniyasında Ukrayna münaqişəsi məsələsində Tbilisinin “loyal münasibəti” müqabilində Rusiyanın Abxaziya və Sxinvali bölgəsi üçün xüsusi status vasitəsilə konfederativ Gürcüstanın formalaşmasına dəstək verməyə hazır olduğu fikrini təbliğ edirdi.

Avropayönlü müxalifət, xüsusilə keçmiş Prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası Bidzina İvanişvilini seçicilərə açıq şəkildə yalan vəd verməkdə kəskin tənqid edib və əsaslandırmağa çalışıb ki, Rusiya “işğal olunmuş əraziləri heç vaxt könüllü şəkildə geri qaytarmayacaq”.

Bu proqnoz bu gün Cənubi Osetiya məsələsində reallığa çevrilib.

Abxaziyanı nə gözləyir?

Ötən payız Suxumidə anti-Rusiya etirazları təşkil olunub. Görünür, Rusiya hakimiyyəti hələlik “Abxaziya elitası” daxilində “birləşmə tərəfdarları” tapa bilmir. Suxumidə isə israrla bildirirlər ki, “Abxaziya beynəlxalq səviyyədə tanınmış müstəqil dövlətdir”.

“Gürcü Arzusu” hökuməti Gürcüstanın ərazi bütövlüyünün “sülh və danışıqlar yolu ilə bərpa edilməsini” prioritet hesab edir. Rusiya Xarici İşlər Nazirliyi isə Gürcüstanın qondarma “Abxaziya” ilə “hücum etməmək haqqında saziş” imzalamasını vacib sayır. Rəsmi Tbilisi bu təklifi daim rədd edib.

Rusiyanın Cənubi Osetiyanı faktiki olaraq anneksiya etməsinin Rusiya-Gürcüstan münasibətlərinə necə təsir göstərəcəyi təxmin etmək çətin deyil. Ehtimal olunur ki, Gürcüstan müxalifəti “küçə hərəkatı” başlatmağa çalışacaq.

Lakin daha mühüm məsələ “Abxaziya elitası”nın və Suxumidəki de-fakto “hakimiyyət”in mövqeyidir. Rusiya çətin ki, qondarma “Abxaziya” ilə hüquqi baxımdan bərabər münasibətlər qursun. Suxumi “konfederativ Gürcüstanın subyekti” statusunu qəbul edəcəkmi?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Tbilisi   Rusiya   Gürcüstan  


Bizi "telegram"da izləyin