Ordu.az xəbər verir ki, Tramp bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, qətnaməni dəstəkləyən senatorlar bununla Vaşinqtonun rəqiblərinə yardım göstəriblər.
“Bu senatorlar yalnız işimi daha da çətinləşdirdilər. Lakin mən bunun öhdəsindən gələcəyəm, necə olursa-olsun. Çünki mən həmişə bunun öhdəsindən gəlirəm”, - deyə Tramp yazıb.
O vurğulayıb ki, Tehran hazırda Vaşinqtona “praktiki olaraq hər şeyi verməyə” hazırdır və uzun illərdən sonra ilk dəfə ABŞ-yə və onun prezidentinə hörmət nümayiş etdirir.
Tramp əlavə edib ki, onu İrana qarşı hərbi əməliyyatlarda ABŞ Silahlı Qüvvələrindən istifadəni dayandırmağa çağıran qətnamə “vaxtsız və mənasız” olub.
Prezidentin sözlərinə görə, sənədin lehinə səs verən senatorlar “düşmənə yardım və dəstək göstərirlər”.
Sevinc Əliyeva
Ordu.az