İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək

2026/06/1782284608.jpg
Oxunub: 193     10:49     24 İyun 2026    
İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Dövlət başçısı müraciətində həmçinin İƏT-də Sədrliyin Azərbaycana keçəcəyini də vurğulayıb:

"2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslam-Zirvə-Konfransı   Azərbaycan  


Bizi "telegram"da izləyin