Ordu.az xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin Gürcüstanın iyunun 24-də Avropa Parlamentində keçiriləcək genişlənmə məsələləri üzrə parlamentlərarası komitənin iclasına dəvət olunmaması ilə bağlı sualını cavablandırarkən danışıb.
Baş nazir bildirib ki, Gürcüstan necə müxtəlif istiqamətlərdə tanımama siyasəti yürüdürsə, eyni yanaşmanı Avropa Parlamentinə münasibətdə də tətbiq etməyə hazırdır.
“Rusiya Federasiyası və daha dörd dövlət Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsi üzərində suverenliyini tanımır. Eyni şəkildə Avropa Parlamenti də Gürcüstanın bütün ərazisi üzərində suverenliyini tanımır. Bu onların seçimidir. Biz tanımama siyasəti aparırıq”, - deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, xalqın seçdiyi hökumətin legitimliyinin tanınmaması ölkənin suverenliyinə qarşı hücum deməkdir.
Baş nazir vurğulayıb ki, Gürcüstanın məqsədi həm Rusiya Dövlət Dumasının, həm də Avropa Parlamentinin ölkənin suverenliyini və ərazi bütövlüyünü tanımasına nail olmaqdır.
Kobaxidze həmçinin Avropa Parlamentini hazırkı vəziyyətinə görə Sovet İttifaqının Ali Sovetinə bənzədib.
“Avropa Parlamenti hazırkı vəziyyəti və ruhuna görə Sovet İttifaqının Ali Sovetini xatırladır. Onların fəaliyyətində sovet yanaşmaları müşahidə olunur. Bu, faciəvi vəziyyətdir”, - deyə Gürcüstanın Baş naziri qeyd edib.
Sevinc Əliyeva
Ordu.az