Ordu.az xəbər verir ki, bu barədə Honduras Prezidenti Nasri Asfura açıqlama verib.
O, Panama şəhərində Amerika Dövlətləri Təşkilatının toplantısı çərçivəsində jurnalistlərlə söhbətində bildirib ki, PUA-lar uzaq ərazilərə nəzarət etməyə və cinayətkar fəaliyyətləri aşkar etməyə kömək edə bilər.
“Bu, sərhədlərimizin qorunması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və qabaqcıl texnologiyalardan istifadə etməklə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlıdır”, - deyə Asfura bildirib.
Məlumata görə, Honduras Prezidenti ötən həftə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüş zamanı Zelenski Ukraynanın Avropadan kənarda tərəfdaşlıqlarını genişləndirməyə çalışdığını vurğulayaraq hərbi texnologiyalar, xüsusilə də PUA texnologiyaları sahəsində əməkdaşlıq təklif edib.
“Bu gün hərbi texnologiyalar, xüsusilə də PUA texnologiyaları sahəsində Ukrayna dünyanın ən güclü ölkələrindən biridir. Biz bizə kömək edənlərə yardım etməyə hazırıq”, - deyə Zelenski bildirib.
Qeyd olunur ki, Ukrayna istehsalı PUA-ların alınması Hondurasın xarici tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığını gücləndirmək istiqamətində həyata keçirdiyi daha geniş proqramın tərkib hissəsidir.
Sevinc Əliyeva
Ordu.az