Ukrayna PUA-larla Nijeqoroda zərbə endirib, ölənlər var

2026/05/1779355395.jpg
Oxunub: 221     11:07     24 İyun 2026    
Rusiyanın Nijeqorod vilayətinə pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Qleb Nikitin bildirib.

O qeyd edib ki, ölkənin Hava Hücumundan Müdafiə vasitələri gecə satlarından bəri PUA hücumunun dəf edilməsi zamanı Ukrayna Silahlı Qüvvələrinin 23 dronunu məhv edib.

Q.Nikitin sözlərinə görə, ilkin məlumatlara əsasən, bir sənaye obyekti, bir neçə avtomobil və yaşayış evi zədələnib. Bununla yanaşı o, sənaye infrastrukturuna kritik zədələnmələrin olmadığını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin