Bu barədə
Ordu.az "Financial Times" qəzetinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Almaniyanın müdafiə naziri Boris Pistoriuskə birgə hökumət rəsmiləri sənaye nümayəndələrini və parlamenti bu tip altı freqatın inşasını nəzərdə tutan proqramın yenidən nəzərdən keçirilməsi planları barədə məlumatlandırıblar.
Belə ki, "F126" layihəsinin əvəzinə Berlin rəqib gəmi istehsalçısı TKMS-dən daha səkkiz kompakt "MEKO A-200" freqatı ala bilər.
Almaniya Müdafiə Nazirliyi və "Rheinmetall" hələlik məlumatla bağlı şərh verməyib.
Məlumata əsasən, "Rheinmetall" freqatların tikintisini təxminən 13 milyard avroya başa çatdırmağı təklif edib. 2020-ci ildə başladılan layihəyə indiyədək 2 milyard avrodan çox vəsait xərclənib.
Qeyd etmək lazımdır ki, "F126" freqatları həm suyun üstündəki, həm də altındakı hədəfləri vurmaq üçün nəzərdə tutulub.
Ordu.az