Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri Parisdə keçirilən “Eurosatory 2026” beynəlxalq sərgisində məhsulun xüsusiyyətləri ilə tanış olduqdan sonra məlumat yayıb.
Məlumata görə, bunker tipli bu qurğunun istehsalında qalınlığı 16 millimetr olan üçqat zirehli poladdan və kumulyativ sursatlara qarşı qoruma təmin edən metal ekranlardan istifadə olunur.
Zirehli mövqenin daxilində eyni vaxtda silahlı vəziyyətdə 10 hərbçi yerləşə bilir.
Bildirilir ki, sistem şəxsi heyət üçün dairəvi müdafiə və ətraf ərazinin müşahidəsi üçün 360 dərəcə baxış imkanı təmin edir.
Qeyd olunur ki, oxşar mühəndis həlləri hələ Sovet İttifaqı dövründə də tətbiq olunub. Həmin dövrdə pulemyot yuvalarının və komanda-müşahidə məntəqələrinin sürətli qurulması üçün əvvəlcədən hazırlanmış metal konstruksiyalar yaradılmışdı.
Bu qəbildən olan ən məşhur nümunələr arasında BUK (zirehli atəş kapsulu), VSB (zirehli atəş qurğusu) və SPS (yığılan pulemyot qurğusu) göstərilir.
Məlumata görə, MVS-2 adlanan oxşar istehkam qurğuları Ukraynada antiterror əməliyyatı dövründə Mariupolun müdafiəsi üçün də inşa edilmişdi.
Sevinc Əliyeva
Ordu.az