Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Karlson “Can’t Be Censored” podkastında çıxışı zamanı Demokratlar Partiyasını da dəstəkləməyəcəyini bildirib.
“Mən Demokratlar Partiyasını da dəstəkləməyəcəyəm. Nə edəcəyimi bilmirəm”, - deyə o vurğulayıb.
2023-cü ildə “Fox News”dan ayrıldıqdan sonra böyük auditoriya toplayan Karlson son illərdə Respublikaçılar Partiyasının mövqeyi ilə getdikcə daha çox ziddiyyət yaşadığını bildirib. Onun sözlərinə görə, bu məyusluq ABŞ Prezidenti Donald Trampın fevral ayında İrana qarşı müharibəyə başlamaq qərarından sonra daha da güclənib.
Karlson 2024-cü ildə Trampı dəstəkləsə də, müharibə başladıqdan sonra bu dəstəyə görə peşman olduğunu və “insanları yanıltdığını” etiraf edib. O bildirib ki, bunu qəsdən etməyib. Jurnalist dəfələrlə müharibəni tənqid edərək onun amerikalıların zərərinə, İsrailin maraqları naminə aparıldığını iddia edib. O, eyni zamanda respublikaçıları öz seçicilərinin maraqlarını müdafiə etməkdən imtina etməkdə ittiham edib.
“Onlar qərarları başqa meyarlara əsasən qəbul edirlər: bu şirkət üçün nə daha yaxşıdır, İsrail üçün nə daha yaxşıdır, sponsorlarımız üçün nə daha yaxşıdır. Bu, sadəcə yanlış istiqamətdə hərəkət deyil, bu qəbuledilməzdir, bu xəyanətdir, bu əxlaqsızlıqdır və belə davam edə bilməz”, - deyə Karlson bildirib.
O qeyd edib ki, 35 il ərzində Respublikaçılar Partiyasını ardıcıl şəkildə müdafiə edib, lakin artıq bunu müdafiə etməyin mümkün olmadığını düşünür.
“Buna görə də bəli, mən gedirəm. Əgər mən gedirəmsə, hesab edirəm ki, çoxları da gedəcək”, - deyə Karlson əlavə edib.
Sevinc Əliyeva
Ordu.az