Yaralanan erməni hərbçi barədə detallar məlum olub

2026/06/1782246125.jpg
Oxunub: 217     00:21     24 İyun 2026    
Ermənistanın Pambak təlim hərbi hissəsində keçirilən təlim məşqləri zamanı bir erməni hərbçi xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Armlur” nəşri məlumat yayıb.

Məlumata görə, yaralanan erməni hərbçi Sovetaşen hərbi hissəsində xidmət edir. Həmin hərbi hissənin komandiri Poğos Petrosyandır.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyərək bildirib ki, erməni hərbçi əməliyyat olunub.

Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, yaralı erməni hərbçi həkimlərin nəzarəti altındadır və onun həyatı üçün təhlükə yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin