ABŞ-nin maliyyə naziri ticarət nazirini üzünə “axmaq” adlandırıb

2026/05/1780114170.jpg
Oxunub: 217     08:19     24 İyun 2026    
ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent Ukrayna ilə nadir faydalı qazıntılar üzrə razılaşma ətrafında yaranan mübahisə fonunda ticarət naziri Hovard Latniki üzünə “axmaq” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Hill” nəşri jurnalistlər Meqqi Haberman və Conatan Suonun yeni kitabına istinadən məlumat yayıb.

Məlumatı MS NOW telekanalının “The Last Word” proqramının aparıcısı Lourens O'Donnell səsləndirib. O, jurnalistlərin “Regime Change: Inside the Imperial Presidency of Donald Trump” kitabından parçalar oxuyub. Müəlliflər də proqramda iştirak edərək kitabda yer alan hadisələri şərh ediblər.

Kitabda qeyd olunur ki, Bessentlə Latnik arasında qarşıdurma Ukrayna ilə kritik əhəmiyyətli faydalı qazıntılar üzrə razılaşma ətrafında yaranıb. Müəlliflərin iddiasına görə, Latnik Bessenti danışıqları pozmaqda ittiham edib.

Buna cavab olaraq Bessent Latnikin təklif etdiyi variantı “axmaq razılaşma” adlandırıb və ticarət nazirinin “axmaq” olduğunu bildirib.

Müəlliflərin məlumatına görə, Bessent daha əvvəl administrasiyanın digər nümayəndələri ilə də sərt qarşıdurmalar yaşayıb. Onların arasında Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edən Bill Pulte və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) keçmiş rəhbəri, milyarder İlon Mask da olub.

Bu ayın əvvəlində Senatda keçirilən dinləmələr zamanı Bessent bir dəfə Pulteyə “onu məhv edəcəyini” dediyini açıqlamışdı. O, senator Tom Tillisin sualını cavablandırarkən məhz belə dediyini, əvvəllər iddia edildiyi kimi “şillə vuracağam” ifadəsini işlətmədiyini təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bessent  


Bizi "telegram"da izləyin