ABŞ-a İŞİD-lə əlaqəli qruplar tərəfindən göndərilən miqrantlar müəyyən edilib

2024/06/202b8-1719427449.jpg
Oxunub: 256     00:07     27 İyun 2024    
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İŞİD ilə əlaqəli strukturların köməyi ilə ölkəyə qeyri-qanuni yollarla daxil olduğu iddia edilən 400-dən çox miqrantı müəyyən edib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” üç amerikalı məmura istinadən məlumat yayıb.

Miqrantlar Mərkəzi Asiyadan və digər bölgələrdən gəlib və narahatlıq doğuran şəxslər kimi müəyyən ediliblər. Qeyd olunub ki, artıq 150 miqrant saxlanılıb, 50-nin harada olduğu məlum deyil.

“Fox news” kanalı təhlükəsizlik ekspertlərinin təhlilinə istinadən ABŞ-da, ilk növbədə Vaşinqton və Nyu-Yorkda terror aktı təhlükəsi barədə məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İŞİD  


Bizi "telegram"da izləyin