“CANiK” adını Türkiyənin “sənaye nəhəngləri”nin arasına yazdırdı

2024/06/2024--1719651304.jpg
Oxunub: 270     15:54     29 İyun 2024    
İstanbul Sənaye Palatası (İSO) tərəfindən hər il hazırlanan Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023 Araşdırmasının nəticələri açıqlanıb.

Ordu.az xəbər verir ki, “Samsun Yurt Savunma” (SYS) qrup şirkətləri arasında yaradılan sinerjidən aldığı güclə Türkiyənin ən böyük şirkətlərinin sənaye sektorundakı fəaliyyətini qiymətləndirmək və sektordakı inkişafları izləmək üçün hazırlanan siyahıda əhəmiyyətli bir müvəffəqiyyət əldə edib.

Bu il “istehsaldan satışlar” nəzərə alınmaqla hazırlanan siyahıya 9 müdafiə və avasiya şirkəti daxil edilib. SYS 320 pillə irəliləyərək, adını İSO 500-ə yazdırıb.

2023-cü ilin məlumatlarına görə, istehsaldan satışa performans sıralamasında ən çox pillə atlayan 4 şirkətdən biri olmağı bacaran SYS müdafiə sənayesi şirkətləri arasında xüsusi mövqe tutub.

SYS həm də özəl sektordan silah istehsalçısı olaraq ilk 500-də yeganə şirkət kimi diqqət çəkib.

Bütün bu inkişaflar SYS-in dünyaca məşhur markası “CANiK” və onun qrup şirkətlərinin müdafiə və aviasiya sənayesindəki yeni nailiyyətləri ilə daha tez-tez eşidilməsinə şərait yaradacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   Türkiyə  


Bizi "telegram"da izləyin