ABŞ Hindistanla “Stryker” və “Javelin”in birgə istehsalı ilə bağlı danışıqlar aparır

2024/06/c4254-1719426366.jpg
Oxunub: 275     22:12     26 İyun 2024    
ABŞ Dövlət Departamenti təsdiq edib ki, Birləşmiş Ştatlar və Hindistan “Javelin” tank əleyhinə raket kompleksləri və“Stryker” zirehli transportyorların birgə istehsalı ilə bağlı danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell məlumat verib.

“Deyim ki, Hindistan “Stryker”in birgə istehsalına maraq göstərib. Və məncə, biz hələ nisbətən erkən mərhələdəyik. ABŞ Ordusu ilk fürsət kimi “Stryker”in potensialını Hindistan ordusuna nümayiş etdirməyi planlaşdırır. “Javelin” və “Stryker”in birgə istehsalı ilə bağlı bəzi danışıqlarımız olub. Yenə də biz bu məsələnin müzakirəsinin nisbətən erkən mərhələsindəyik”, - deyə o bildirib.

Onun sözlərinə görə, martın əvvəlində ABŞ Hindistana Amerikanın MQ-9B hücum və kəşfiyyat pilotsuz uçuş aparatlarının satışına dair razılaşmalarla təklif göndərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan  


Bizi "telegram"da izləyin