Rusiya FTX çağırışçıların şəxsi işlərinə giriş əldə edib

2024/06/1719637577.jpg
Oxunub: 104     23:33     28 İyun 2024    
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu qurumda müddətli xidmətə müraciət edən çağırışçıların şəxsi işlərini öyrənə biləcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya Federasiyası hökumətinin qərarında əksini tapıb.

Bundan əvvəl FTX-yə qurumda hərbi xidmət üçün çağırışçıların seçilməsində iştirak etmək hüququ verilib.

"FTX orqanları xidmətin strukturlarında hərbi xidmətin xüsusi vəzifələrini yerinə yetirmək üçün hərbi xidmətə çağırılacaq vətəndaşların seçilməsində, o cümlədən bu vətəndaşlar üçün sənədlərə giriş əldə etməklə iştirak edirlər", - Nazirlər Kabinetinin qərarında bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FTX   Rusiya  


Bizi "telegram"da izləyin