BMT Keniyada etirazların yatırılmasında zorakılığa yol verilməsindən narahatdır

2024/06/1719205436.jpg
Oxunub: 195     16:30     26 İyun 2024    
BMT Baş katibi Antoniu Quterriş Keniyada etirazların yatırılması zamanı zorakılıq halları ilə bağlı xəbərlərə görə narahatlıq keçirdiyini bildirib.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Quterriş ölən və yaralananlarla bağlı xəbərlərdən, o cümlədən, onların arasında jurnalistlər və tibb işçilərinin də olmasından kədərlənir. Baş katib həmçinin məqsədyönlü, əsassız həbslərlə bağlı xəbərlərdən də narahatdır”, - bəyanatda deyilir.

BMT Baş katibi Keniya hakimiyyətini bütün nümayişlərin dinc şəkildə keçirilməsi üçün etirazları yatırmaqda təmkinli olmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Keniya  


Bizi "telegram"da izləyin