İsveç CB90 qayıqlarını gəmi əleyhinə raketlərlə təchiz edəcək

2024/06/1718862915.jpg
Oxunub: 228     17:32     26 İyun 2024    
İsveç CB90 qayıqlarını gəmi əleyhinə raketlərlə təchiz edəcək.

Ordu.az xəbər verir ki, İsveç Müdafiə Nazirliyi sahil müdafiə bölmələrinin modernləşdirilməsi üçün mövcud platformaların imkanlarını artırmaq qərarına gəlib.

Bu məqsədlə İsveç Dəniz Piyadaları Korpusunun CB90 katerlərinin pulemyot və gəmi əleyhinə raketlərlə təchiz edilməsi üçün tender başladan İsveç Müdafiə Nazirliyi RBS-18 adlı yeni raket sisteminin satın alınacağını açıqlayıb.

Gəmi əleyhinə raket tədarükü daha böyük “Amfbat 2030” proqramının bir hissəsidir, məqsədi sahil bölmələri üçün daha çox öldürücülük və hərəkətlilik təmin etməklə, Dəniz Korpusunun imkanlarını artırmaqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   CB90  


Bizi "telegram"da izləyin