Qəribabadi: "Hörmüzdən təhlükəsiz keçid İranın maraqları nəzərə alınmadan mümkün deyil"

2026/06/1781191718.jpg
Oxunub: 161     14:48     26 İyun 2026    
Qeyri-müəyyən razılaşmalar, paralel marşrutlar və ya sahilyanı dövlət kimi İranın maraqları nəzərə alınmadan qərarların qəbul edilməsi şəraitində Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə zəmanət verilə bilməz.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkəsində yazıb.

"İstənilən etibarlı sxem İranla koordinasiyaya və İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına əsaslanmalıdır. Əks halda, qeyd olunan paralel marşrutun fəaliyyəti dayandırılacaq", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəribabadi   İran  


Bizi "telegram"da izləyin