Ordu.az xəbər verir ki, bu barədə İran ordusunun yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, İran xalqının göstərdiyi müqavimət, Silahlı Qüvvələrin fədakarlığı və hökumətin fəaliyyəti, həmçinin döyüş meydanında şəhid olmuş liderlərin təşəbbüsləri və İslam İnqilabının Liderinin rəhbərliyi nəticəsində qarşı tərəf İran xalqının gücünü qəbul etməyə məcbur olub və atəşkəsə yönələn addımlar atıb.
İran ordusu bildirib ki, ölkə xalqının şərəf və ədalət uğrunda mübarizə ənənələri, eləcə də Ali Baş Komandanın uzaqgörən rəhbərliyi sayəsində İran öz qanuni hüquqlarını müdafiə etməkdə qətiyyətlidir.
Sənəddə vurğulanıb ki, Silahlı Qüvvələrin fəaliyyəti və rəsmi qurumların diplomatik səyləri İran xalqının və Müqavimət Cəbhəsinin maraqlarının qorunmasına xidmət edir.
Bəyanatın sonunda qeyd olunub ki, milli həmrəylik, birlik və qarşılıqlı dəstək sayəsində İran İslam Respublikası inkişaf yolunu davam etdirəcək.
Sevinc Əliyeva
Ordu.az