Kobaxidze: "Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətlərimiz var"

2026/04/17754-1775472337.jpg
Oxunub: 143     11:30     20 İyun 2026    
Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətləri var.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin Baş naziri İrakli Kobaxidze Tacikistana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Baş nazir qeyd edib ki, Gürcüstan yeddi ölkəni Qara dəniz vasitəsilə Qərb məkanına bağlayan mühüm tranzit mərkəzidir və bu potensialdan maksimum istifadə etmək vacibdir.

Baş nazir vurğulayıb ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə müsbət dinamika müşahidə olunur və bu proseslər Gürcüstanın tranzit imkanlarının genişlənməsinə töhfə verəcək.

İrakli Kobaxidze bildirib ki, nəqliyyat əlaqələrinin və tranzit funksiyasının gücləndirilməsi məqsədilə iri həcmli investisiyalar həyata keçirilir. O, həmçinin Gürcüstanın Azərbaycan, Ermənistan və Türkiyə ilə çox yaxşı münasibətlərə malik olduğunu və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin də maksimum səviyyədə inkişaf etdirilməsinə xüsusi diqqət ayrıldığını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Azərbaycan   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin