Rubio Livan Prezidenti ilə İsraillə keçiriləcək danışıqların növbəti mərhələsini müzakirə edib

2026/05/1779771048.jpg
Oxunub: 182     10:51     20 İyun 2026    
ABŞ dövlət katibi Marko Rubio iyunun 19-da Livan Prezidenti Cozef Aun ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqottun yaydığı açıqlamada bildirilib.

Məlumata görə, Rubio Livanın suverenliyinin təmin edilməsi və bərpası istiqamətində göstərdiyi fəaliyyətə görə Prezident Aunun səylərini yüksək qiymətləndirib.

Dövlət Departamentinin bəyanatında qeyd olunub ki, ABŞ Livanın suveren dövlət quruculuğu prosesini və qonşuları ilə sülhə nail olmaq istiqamətində atdığı addımları tam dəstəkləyir.

Marko Rubio vurğulayıb ki, İsraillə ikitərəfli danışıqlar ölkənin bərpası və zorakılıq dövrünün sona çatdırılması üçün yeganə yoldur.

Tərəflər 2026-cı il iyunun 23-25-i tarixlərində Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların növbəti mərhələsini də müzakirə ediblər.

ABŞ tərəfi həmin görüşlər zamanı uzunmüddətli sülhə nail olunması istiqamətində irəliləyiş əldə ediləcəyinə ümid etdiyini bildirib.

Rubio həmçinin “Hizbullah” təşkilatının silahsızlaşdırılması və Livanın bütün ərazisində dövlət nəzarətinin tam bərpasının vacibliyini bir daha vurğulayıb.

ABŞ dövlət katibi bu istiqamətdə regional müttəfiqlərlə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rubio   Livan  


Bizi "telegram"da izləyin