Ordu.az xəbər verir ki, Antonio Quterreş bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, bütün tərəflər Livanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə tam hörmət edən diplomatik həll istiqamətində çalışmalıdır.
Quterreşin sözlərinə görə, proses bütün tərəflər tərəfindən və hər yerdə riayət olunacaq hərtərəfli atəşkəslə başlamalıdır.
Baş katib qeyd edib ki, mart ayından etibarən bölgədə ciddi eskalasiya müşahidə olunur. O bildirib ki, İsrail Livan ərazisində hərbi əməliyyatları genişləndirib, “Hizbullah” hərəkatı isə İsrail ərazisinə zərbələr endirir.
Antonio Quterreş vurğulayıb ki, diplomatik həll Livanın ərazi bütövlüyünün, suverenliyinin və siyasi müstəqilliyinin qorunmasını təmin etməlidir. O, həmçinin silahlara nəzarət məsələsində dövlətin müstəsna hüquqa malik olması prinsipini dəstəklədiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az