Tramp administrasiyası onun adının Kennedi Mərkəzindən çıxarılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib

2026/06/1780723671.jpg
Oxunub: 222     09:34     12 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın administrasiyası onun adının Vaşinqtonda yerləşən Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin adından çıxarılmasını tələb edən məhkəmə qərarından apellyasiya şikayəti verib.

Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin sərəncamında olan məhkəmə sənədində qeyd olunub.

“Bu iş üzrə bütün cavabdehlər bununla 2026-cı il mayın 29-da qəbul edilmiş məhkəmə qərarından ABŞ Kolumbiya Dairəsi Apellyasiya Məhkəməsinə şikayət verdiklərini bildirirlər”, - deyə apellyasiya mətnində qeyd olunub.

Bundan əvvəl Vaşinqton məhkəməsi Trampa Konqresin razılığı olmadan Kennedi Mərkəzinin onun şərəfinə yenidən adlandırılmasını qadağan etmişdi. Məhkəmə həmçinin 2025-ci ilin dekabrında binanın şərq fasadında yerləşdirilmiş hazırkı prezidentin soyadının götürülməsini tələb etmişdi.

Qərara əsasən, iyul ayında başlanması planlaşdırılan təmir işləri üçün teatrın bağlanmasına da icazə verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Kennedi  


Bizi "telegram"da izləyin